Rusiya İrəvana yeni hərbi attaşe göndərdi

3 Avqust 2021 17:13 (UTC+04:00)

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin səfirliyin yeni hərbi attaşesi polkovnik İqor Şerbakovu Ermənistan müdafiə naziri Arşak Karapetyana təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli hərbi və hərbi-siyasi əməkdaşlığın geniş spektrini müzakirə ediblər. Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.