Türkiyənin dar günü: Hansı ölkələr ona diqqət ayırdı? - Ərdoğan adlar çəkdi

3 Avqust 2021 17:51 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarına qarşı mübarizədə dəstək verən ölkələrə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri dəstəyə görə Azərbaycan dövlət başçısı İlham Əliyevə də öz təşəkkürünü bildirib.

“Meşə yanğınları ilə mübarizəmizə dəstəyini əsirgəməyən, başsağlığı verən, yardıma hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkələrə və təşkilatlara minnətdarlığımı bildirirəm.

İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik.

İlk andan etibarən göstərdikləri dəstəyə görə Can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniya Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm.

Güclü həmrəyliyinə görə qonşumuz İranın Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya Prezidenti Zoran Milanoviçə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkürümü bildirmək istəyirəm”, - Ərdoğan bildirib.