“Krımın qaytarılması zaman məsələsidir” – Zelenski əmin danışdı

3 Avqust 2021 21:56 (UTC+04:00)

“Krım heç vaxt Rusiya ərazisi olmayacaq, onun geri qaytarılması zaman məsələsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun fikrincə, Rusiya Krımı Ukrayna qədər sevə bilməyəcək.

“Bu mənimdir. Bu Krımı tanıyıram . Bu mənəm, orada yaşadım. Bura mənim torpağımdır, bura onların torpağı deyil”, - Ukrayna lideri bildirib.

Zelenski vurğulayıb ki, Krım və Donbas Rusiya vətəndaşları üçün xarici ərazilərdir:

“Heç olmasa, tarixi yenidən yazın, heç olmasa bütün şəhərlərin adını dəyişdirin, Yalta və s. Amma bu mümkün deyil. Hamı evinə qayıdacaq”.