İranda 5 ticarət gəmisi yandı

5 Avqust 2021 10:30 (UTC+04:00)

İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu məlumat verib.

Onun sözlərinə görə, nəticədə 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.

Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.