ARB kanalına yeni mətbuat katibi təyin olundu

5 Avqust 2021 13:15 (UTC+04:00)

ARB telekanalında yeni təyinat olub.

Teleqraf.com xəbər verir ki, 44 günlük Vətən müharibəsində döyüşərək qazi olan Mail Əskərov çalışdığı "ARB Media Qrup”un Mətbuat katibi təyin olunub.

Qeyd edək ki, Mail Əskərovdan öncə "ARB Media Qrup”un mətbuat katibi Ozal İbrahimli idi.