Latviyada təyyarə qəzası – ölən və xəsarət alan var

8 Avqust 2021 21:39 (UTC+04:00)

Latviyada özəl təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, sərnişin isə müxtəlif xəsarətlər alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün saat 13:30 radələrində Dövlət Polisi Sessisk əyalətində, Priekulsk aerodromunda təyyarənin qəzaya uğraması barədə informasiya alıb. Hadisə yerində Dölət Polisi işləyir və qəzanın başvermə şəraitini müəyyənləşdirir.

Qəza nəticəsində təyyarənin sərnişini zərər çəkib, o tibb müəssisəsinə çatdırılıb, amma pilot həlak olub”, - Dövlət Polisinin tvitterdəki xəbərində deyilir.