Bombardmançılar hücuma keçdi – Talibandan xəbərdarlıq

9 Avqust 2021 12:11 (UTC+04:00)

Taliban hərəkatının silahlıları ABŞ-a Əfqanıstanda baş verənlərə müdaxilədən çəkinməklə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bunu “Əl-Cəzirə” telekanalının efirində Talibanın siyasi ofisinin nümayəndəsi bildirib.

Taliban rəsmisi ölkədə atəşkəs razılaşmasının olmadığını və hərəkatın addımlarının əfqan ordusunun hücumlarına reaksiya olduğunu iddia edib.

ABŞ avqustun 7-də Talibanla mübarizə üçün Əfqanıstana “B-52” bombardmançıları göndərib. Qırıcıların sayı barədə məlumat verilməyib. Təyyarələr Talibanın Qəndəhar, Herat, Ləşkarqax və Helmənd əyalətlərindəki hədəflərə hücum edib.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Fəvad Aman Talibanın Cövzan vilayətinin Şiberqan şəhərindəki bir qrupunun “B-52”-lər tərəfindən hədəf alındığını açıqlayıb. ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində taliblər ağır itki veriblər.