Azərbaycan XİN Əlcəzairə başsağlığı verdi

11 Avqust 2021 11:46 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi Əlcəzairdəki meşə yanğınları nəticəsində ölənlərlə bağlı bu ölkəyə başsağlığı verib.

Teleqraf.com-un xəbərinə görə, başsağlığı mətni XİN-in Tvitter səhifəsində yayılıb.

“Əlcəzairdəki meşə yanğınları xəbəri bizi dərindən üzdü. Hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, yaralıların tezliklə sağalmasını diləyirik. Bu çətin günlərdə dualarımız dost Əlcəzair xalqı ilədir”, - başsağlığında bildirilib.