İzmir bölgəsində meşə yanğını başladı

12 Avqust 2021 17:52 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində meşələrdə yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, şəhərin Foça ilçəsindəki şam meşələrində yanğına müdaxilə edilib.

Yanğının söndürülməsi məqsədilə 2 təyyarə və 2 helikopterin də iştirakı ilə tədbirlərə start verilib. Hazırda yanğının nəzarətə alınması üçün işlər davam etdirilir.