Dənizdə batma təhlükəsi ilə üzləşənlər xilas olundu

16 Avqust 2021 23:48 (UTC+04:00)

Bu gün dənizdə çimərkən batma təhlükəsi ilə üzləşənlər xilas edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verilib.

Nazirliyiin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Qızılqum" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.