Əfqanıstan prezidentinin getdiyi ölkə məlum oldu: Xanımı və iki müşaviri ilə...

17 Avqust 2021 10:15 (UTC+04:00)

Xaricdə olan Əfqanıstan Prezidenti Əşrəf Qaninin ailəsi və iki müşaviri ilə birlikdə Omana getdiyi və bu körfəz ölkəsindən siyasi sığınacaq istədiyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, Qanini aparan təyyarənin Düşənbə (Tacikistan) hava limanına qısamüddətli endiyi bildirilib.

İddiaya görə, Tacikistan mülki aviasiya şirkəti Özbəkistan, Türkmənistan və İranın hava məkanından keçmək üçün icazələr hazırladıqdan sonra Qani Omana gedib.

Qanini ailəsindən başqa iki müşaviri - Mahmud Fəzli və Həmdullah Muhiba müşayiət edib.

Təsdiqlənməyən digər iddiaya görə, Qani və onu müşayiət edən şəxslərə siyasi sığınacaq statusu verilib.