Zaqatalada zəlzələ oldu

18 Avqust 2021 17:18 (UTC+04:00)

Azərbaycanda zəlzələ olub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15 km cənub-qərbdə, Zaqatala rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin dərinliyi 11 km, maqnitudası 2.8 olub.