ABŞ qərar verdi: Üçüncü doza başlayır

19 Avqust 2021 15:43 (UTC+04:00)

ABŞ vaksinasiya prosesində üçüncü dozanın vurulması qərarını qəbul edib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 20-dən etibarən virusa qarşı üçüncü doza vaksinasiya başlayacaq.

ABŞ Səhiyyə Nazirliyi peyvəndlərin delta ştammından yüksək səviyyədə qorumanı təmin etdiyini açıqlayıb.

Qeyd edək ki, pandemiya dövründə ABŞ-da 38 milyon nəfər virusa yoluxub, 641 mindən çoxu dünyasını dəyişib.