"Taliban"a qarşı koalisiya qurulur: Döyüş hazırlığına başlandı

19 Avqust 2021 12:20 (UTC+04:00)

“Taliban” Əfqanıstanı nəzarəti altına almağı bacarsa da, yerli xalqlar hələ də onlara qarşı dirəniş göstərmək planları qururlar.

Teleqraf.com xəbər verir ki, “Taliban”a qarşı başladılan dirəniş hərəkatı ilə bağlı yeni hallar yaşanır.

“Taliban”a qarşı koalisiya paytaxt Kabildən 160 kilometr uzaqlıqda yerləşən Pencşir vilayətində toplanır.

Hakimiyyəti faktiki olaraq “Taliban”a verən keçmiş iqtidarln son əmri ilə çox sayda ağır silahlar məhz bu vilayətə daşınıb.

Bölgədən gələn son görüntülərdə Pencşir vilayətində hökumətə aid helikopterlərin olduğu, habelə ağır silahların mövudluğu aydın olur.

Görüntülərdə Əfqan Təhlükəsizlik Qüvvələrinə aid "Humvee" tipli model silahlı hərbi maşınların vilayətin stadionuna toplandığı da görünür. Amma vilayətdəki döyüşçülərin sayı və hərbi gücün imkanları tam olaraq bəlli deyil.

Dirənişin son qalası hesab olunan Pencşir vilayəti həm də 1990-cı illərdə vətəndaş müharibəsi zamanı verdiyi mübarizə ilə əfqanların psixoloji baxımdan rahatladır.

Burada “Taliban”a qarşı dirəniş hərakatının başında Əhməd Şah Məsudun oğlu Əmrullah Salih Məsud durur. Prezident Əşrəf Qaninin qaçmasından sonra özünü müvəqqəti prezident elan edən Salih “Taliban”la döyüşə hazırlaşır.