Ermənistan MN smartfonlara qadağa qoydu

24 Avqust 2021 16:54 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyi üç aylıq toplanış iştirakçılarını özləri ilə smartfon əməliyyat sistemi ilə işləyən smartfon, eləcə də çəkiliş, yeri müəyyən edən və internetə qoşulma qabiliyyətinə malik digər telefon növləri götürməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan MN-in bununla bağlı məlumatında deyilir:

“Avqustun 25-dən noyabrın 25-dək “Hərbi vəziyyət və hərbi haqqında” qanuna uyğun olaraq sıravilərin, unter-zabitlərin və zabitlərin ehtiyatda olan birinci qrupunun rüblük təlimi keçiriləcəkdir. Hərbçilər təlim zamanı hərbi qulluqçulardır. Buna görə də onlar toplanış müddətində hərbi xidmətin bütün qayda-qanunlarına əməl etmək məcburiyyətindədirlər”.

Bildirilir ki, məhdudiyyətlər qanunvericilikdə və digər hüquqi aktlarda nəzərdə tutulub.

Qeyd edək ki, sabahdan etibarən Ermənistanda hərbi vəzifəlilərin 3 aylıq təlimləri başlayır.