Azərbaycanda korona ilə bağlı son vəziyyət açıqlandı

26 Avqust 2021 15:29 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib. 46 968 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, bu günə qədər isə ümumilikdə 4 379 510 test icra olunub.