Koronavirusa yoluxan Vaqif Gərayzadə danışdı

27 Avqust 2021 13:12 (UTC+04:00)

Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə koronavirusa yoluxub.

Bəstəkar Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: "Şükür Allaha, səhhətim yaxşıdır. İki həftə əvvəl virusa yoluxmuşam. Ev şəraitində müalicə alıram. Deməzdim, xəstəliyi yüngül keçirirəm".

Qeyd edək ki, Vaqif Gərayzadənin 60 yaşı var.