Jurnalist koronavirusdan vəfat etdi

28 Avqust 2021 14:58 (UTC+04:00)

Jurnalist Şahverdi Şirinli (Oğuz Altay) bu gün dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Femida.az saytının əməkdaşı olan Oğuz Altayın 32 yaşı vardı. O, bir neçə gün əvvəl sosial şəbəkə hesabında koronavirusa yoluxması barədə məlumat paylaşmışdı.

Allah rəhmət eləsin!