"Fulya" filmi bu tarixdən kinoteatrlarda

4 Sentyabr 2021 17:36 (UTC+04:00)

"Azərbaycanfilm" kinostudiyası və Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalı olan "Fulya" filmi hazırdır.

Teleqraf.com xəbər verir ki, film oktyabrın 8-də Türkiyədə kinoteatrlarda nümayiş olunacaq.

Filmdə vətən müharibəsi dövründə müharibənin acı həqiqətləri Fulya Öztürk vasitəsilə dünyaya çatdırılıb.

Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişləri Gəncə, Tərtər və Şuşada aparılıb.