Ölkədə qiyamət təlaşı: Gecə gündüzə döndü, qəribə səslər eşidildi

12 Sentyabr 2021 00:44 (UTC+04:00)

Həftə ərzində 7 bal zəlzələdən sonra Meksikada güclü silkələnmənin təsiri ilə olduğu düşünülən episentrdən yüzlərlə kilometr uzaqda, paytaxt Mexikoda fəlakət baş verib. Mexikodakı bir məhəllənin ətrafındakı təpələrdəki böyük daşlar yaşayış yerlərinə yuvarlanıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Assoşieyted Press” agentliyi Çiquxuta adlanan təpədən gələn daşların Tlalnepantla məhəlləsindəki evləri dağıtdığını bildirib.

Fəlakət vaxtı eşidilən səs uzun müddət davam edib və paytaxtda ciddi narahatlığa səbəb olub.

Onlarla ton daşları qaldırmaq üçün ağır texnikaya ehtiyac yaranıb. İlkin məlumata görə, təbii fəlakət nəticəsində ən azı bir nəfər ölüb, 10 itkin düşmüş şəxs isə axtarılır. Yeni sürüşmə riski var. Məhəllədə 80-dən çox ev boşaldılıb.

Tarixi zəlzələyə səhnə verən Meksikada bütün ölkə sentyabrın 8-də axşam saatlarında küçələrə çıxıb, güclü yeraltı təkanlar yüzlərlə kilometr uzaqlıqda hiss edilib.

Dünən səhər də Meksikada 7 bal gücündə zəlzələ baş verib, zəlzələnin episentri ölkənin cənub-qərb hissəsindəki Guerrero ştatının Akapulko şəhərindən 17 kilometr aralıda olub.

Zəlzələ vaxtı axşam saatlarında göyün rənginin dəyişməsi də diqqət çəkib. Qaranlıq səma mavi rəng alıb. Qəribə olay ölkədə qiyamət təlaşı yaradıb, böyük səs-küyə səbəb olub. Sosial şəbəkələrdə “Apokalipsis” (Qiyamət) haştağı açılıb. Mexikoda da görünən fenomen işıq mavi, ağ və çəhrayı rənglərdə olub. Elm adamları qorxunu artıran işıqların mənbəyi ilə bağlı razılığa gələ bilməyiblər. Yaponiya tarixində zəlzələ işıqlarının 869-cu ildə baş verən Sanriku zəlzələsində göründüyü məlumdur. Oxşar işıqlar 2017-ci ildə Meksikada baş verən 8.1 bal gücündə zəlzələ zamanı da qeydə alınıb.

Zəlzələdən sonra Meksikanın Sakit okeanın qərb sahilləri üçün sunami xəbərdarlığı olunub, lakin bu xəbərdarlıq sonradan ləğv edilib. Dəniz səviyyəsində heç bir dəyişiklik müşahidə olunmayıb.

Meksika Yer kürəsindəki ən böyük su kütləsi olan Sakit okeanı keçən Sakit Alov Halqası fay xəttində yerləşir. Dünyadakı zəlzələlərin təxminən 90 faizinin baş verdiyi Sakit okean halqasında eyni zamanda onlarla aktiv vulkan yerləşir.

Meksika 1985-ci ildə baş verən tarixi zəlzələnin ildönümünə hazırlaşırdı. 36 il əvvəl, sentyabrın 19-da 8.2 bal gücündə zəlzələ ən az 10 min insanın həyatına son qoyub. Ən böyük dağıntı Meksikanın cənub ştatlarında görülüb. Oxaca ştatındakı Yukitan qəsəbəsi və Çiapas xəritədən silinib.