Sükut pozuldu: “Danışıqlara hazırıq” – Raket sınağı Ağ Evi hərəkətə gətirdi

14 Sentyabr 2021 09:56 (UTC+04:00)

ABŞ hökuməti Şimali Koreya ilə təmaslar qurmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer açıqlama verib.

O, ABŞ-ın Şimali Koreya ilə təmasa keçməyə hazır olduğunu, amma rəsmi Vaşinqtonun mövqeyinin dəyişmədiyini deyib.

Bundan əvvəl Cənubi Koreya Pxenyanın yeni uzaqmənzilli raketlərini uğurla sınaqdan keçirdiyini açıqlayıb. Sınaqdan keçən raketlərin 1500 km-dən çox məsafə qət edərək hədəflərə uğurla çatdığı bildirilib. Qeyd edilib ki, Şimali Koreya lideri Kim Çen Inın yaxın adamlarından olan Fəhlə Partiyası siyasi bürosunun üzvü Pak Yon Çon raket sınaqlarını şəxsən izləyib.

Şimali Koreya ABŞ-la nüvə danışıqlarının dayandırılmasından sonra sonuncu raket sınağını keçən ilin mart ayında həyata keçirmişdi.