Boris Consonun anası vəfat etdi

14 Sentyabr 2021 09:47 (UTC+04:00)

Böyük Britaniya Baş nazir Boris Consonun anası Şarlotta Conson Val vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

79 yaşında vəfat edən Şarlotta Consona 1982-ci ildə parkinson xəstəliyi diaqnozu qoyulmuşdu, müalicə olunurdu.

1942-ci il təvəllüdlü xanım Conson rəssamlığı ilə tanınırdı.