DİN-dən koronavirus xəstələri ilə bağlı – Açıqlama

14 Sentyabr 2021 11:33 (UTC+04:00)

Sentyabrın 13-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 10 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.