Putin özünü təcrid etdi - Kreml məlumat yaydı

14 Sentyabr 2021 13:20 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin ətrafında qeydə alınan koronavirus halları ilə bağlı özünütəcrid rejiminə keçib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Putinin özünün xəstəliyə yoluxub-yoluxmaması barədə məlumat verilməyib.

Qeyd olunub ki, özünütəcrid rejimi ilə əlaqədar Rusiya prezidenti Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində videokonfrans formatında iştirak edəcək.