“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Siyəzəndə təşkil olunacaq

14 Sentyabr 2021 17:32 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin təşkil etdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunun 28 May və Mustafa Muxtarov küçələrini əhatə edəcək.

Bu barədə Teleqraf.com “Azəriqaz”a istinadən xəbər verir.

Bildirilir ki, çoxsaylı müraciətlər əsasında təşkil olunacaq “Səyyar qəbul otağı” 15 sentyabr saat 11:00-dan 13:00-a qədər vətəndaşların ixtiyarında olacaq. Sakinlər qaz təchizatı ilə bağlı istənilən problemlərini rahat şəkildə səsləndirə biləcəklər.