Erməni əsgər intihar etdi

15 Sentyabr 2021 00:03 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi şəhərciyinin emalatxanasında müqavilə üzrə xidmət aparan çavuşun meyiti tapılıb.

Bu barədə Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, evakuasiya dəstəsinin komandiri, Araqaçotn vilayətinin 44 yaşlı sakini İ.Makiçin meyiti bu gün saat 14:00 radələrində asılmış vəziyyətdə aşkarlanıb.

Hazırda İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 4-cü qarnizonunun istintaq şöbəsində araşdırma aparılır.

İlkin məlumatlara görə, əsgər intihar edib.

Hadisənin təfərrüatları araşdırılır.