"Nuri Paşanı ölkəmizə gətirən vətən eşqi idi" - Qənirə Paşayeva

15 Sentyabr 2021 18:54 (UTC+04:00)

Nuri Paşanı və Qafqaz İslam ordusunu ölkəmizə gətirən vətən eşqi idi. Bu tarixi öyrənmək vəfa borcudur. Tarix keçmiş deyil, həm də gələcəkdir.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyində keçirilən tədbirdə deyib:

"Milləti, dövləti ayaqda tutan tarixdir. İnsanın hər zaman örnəklərə ehtiyacı var. Mən hər zaman deyirəm, "Olmazdılarsa, olmazdıq". Siz xoşbəxtliyini itirərək yaşamağın nə olduğunu bilirsinizmi? Biz o xoşbəxtliyi 30 il sonra yaşadıq. Vətən, Allah eşqi hər şeyin önündədir. Məhz xalqı, dövləti, milləti önə aparan vətən sevgisi öndə olanlardır. Adamlar illərlə ailəsindən, övladından ayrı yaşadılar. Komandir soruşurdu, bir nəfər belə "evimə qayıtmaq istəyirəm" deyən yox idi. Biz bunu film etməliyik. Niyə? Çünki sovet bizi işğal etsə də, vətən sevgisi elədir ki, onu işğal edə bilmədilər. Buna görə də biz müstəqillik uğrunda mübarizə apara bildik. Qarabağ dastanı 21-ci əsrdəki dastanımızdır. Şuşanı o cür ala bilmək... Gənclərimiz dırnaqları ilə o dağlara çıxıblar. Bunu bir fiziki güc bacara bilməz"