Xarkovda Nizami Gəncəvinin abidəsinin açılışı oldu

16 Sentyabr 2021 13:35 (UTC+04:00)

Ukraynanın Xarkov şəhərində Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.

Teleqraf.com xəbər verir ki, Xarkov Şəhər Şurasının təşkil etdiyi açılışda Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi Oleq Krapivin və UAR baş katibi Ceyhun Məmmədovun da iştirak edib.

Açılışdan öncə Xarkov Şəhər Şurasının katibi və mer əvəzi İqor Terexov bələdiyyə binasında Azərbaycan rəsmi nümayəndə heyəti və diasporu nümayəndələri ilə görüşüb.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Milli Məclisin deputatı Rüfət Quliyev, “Dostluq” mədəniyyət və təhsil mərkəzinin sədri Murad Ömərov, diplomatik korpusun və Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Təntənəli açılış mərasimindən ardından qonaqların şərəfinə ziyafət verilib.

Tədbir Xarkov filarmoniyasıda Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov və Mirələm Mirələmov işirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.