Telefon zəngi prezidentin qızını sui-qəsdən xilas etdi - 46 illik sirr ortaya çıxdı...

18 Sentyabr 2021 09:06 (UTC+04:00)

Keçmiş deputat Conatan Aitken 1975-ci ildə bir zənglə fərqində belə olmadan Karolina Kennedini ölümdən xilas edib.

Teleqraf.com xəbər verir ki, İngiltərə parlamentinin sabiq deputatı Aitkenin ABŞ-ın sui-qəsdi nəticəsində öldürülən prezidenti Con Kennedinin qızı Karolina Kennedini ölümdən xilas etməsinin sirri 46 ildən sonra ortaya çıxıb.

Aitken 1963-cü ildə öldürülən Prezident Con Kennedinin qızı Karolina Kennedinin bu telefon zənginə görə, indi də ona minnətdar olduğunu bildirib.

Bombalı hücumun baş verməsindən 46 il sonra sirri açan 79 yaşlı Aitken bu hadisəninin Karolina Kennedini çox pis sarsıtdığını qeyd edib: “Hadisədən qısa müddət sonra Karolina ilə görüşdüm, ona yaxşılıqlar arzuladım”.

Qeyd edək ki, ABŞ-ın sui-qəsd nəticəsində öldürülən prezidenti Con Kennedinin ardınca qardaşı Robert Kennedi 1968-ci ildə sui-qəsd nəticəsində öldürülüb. Bu siyasi cinayət “Kennedi lənəti” olaraq xatırlanır.

Atası Con Kennedi öldürülərkən Karolina Kennedi 5 yaşında olub. 17 yaşında olarkən xanım Kennedi Londonda eyni “lənətlə” üz-üzə gəlib. Karolina Kennedi 1975-ci ildə Londonakı sənət təhsili aldığı dövrdə ailə dostları olan İngiltərə parlamentinin deputatı High Fraserin evində qalırmış.

1975-ci ilin oktyabrın 23-də Fraser parlamentə gedərkən yolda Karolinanı Sothebysdəki evinə qoyacaqdı. Amma Fraser evdən çıxdığı sırada deputat həmkarı Aitken telefonla zəng etdiyi üçün qapıdan geri qayıtmalı olur. Fraser evdə telefonla danışarkən evin qarşısındakı avtomobildə partlayış baş verir. Partlayış zamanı avtomobilin önündən keçən deputatın qonşusu professor Kardon Hamilton ölür.

Faser isə Aitkenlə telefonla danışdığı üçün Karolina Kennedi ilə avtomobilinə minməyə tələsmir və beləcə terror hücumundan qurtula bilir. Beləcə sui-qəsd nəticəsində prezident olan atası və senator olan əmisinin öldürməsi reallığı ilə üzləşən Karolina Kennedinin özü sui-qəsdən sağ çıxa bilir. Bunun səbəbi isə Aitknin telefon zəngi olur.

Həmin hücumun Şimali İrlandiyanın İngiltərədən ayrılmasını tələb edən “İrlandiya Respublika Ordusu” şəbəkəsinin etdiyi daha sonrakı illərdə ortaya çıxır.

Hazırda uğurlu diplomat olan Karolina Kennedi həm də ABŞ-ın ilk xanım səfiri olub. 63 yaşındakı Karolina Kennedi 2013-cü ildə ABŞ-ın Yaponiyadakı səfiri vəzifəsində çalışıb.