Nigar Camal: "Səninlə bir başqa yaşayaram..." - Video

17 Sentyabr 2021 16:10 (UTC+04:00)

“Avroviziya-2011”-in qalibi Nigar Camal aylar sonra yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, sözləri və musiqisi Elvin Muxtara aid olan “Hara gedirsən” adlı mahnı yutub və digər dijital platformalarda yerləşdirilib.

Nigar Camal yeni mahnısı haqqında bu sözləri qeyd edib: “Deyirlər ki, “mən sənsiz yaşaya bilmərəm” - bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram, amma səninlə bir başqa yaşayaram” deyib, Nazim Hikmət. Sizə necə xoşdursa, elə yaşayın. Amma çalışın nə sevgisiz qalın, nə də yarım... Çünki insan sevdiyi qədər insandır”.

Qeyd edək ki, müğənni sonuncu dəfə xanəndə Aygün Bəylərlə “Nəfəsim, qəlbim” və “Şəhidlər” adlı klipləri təqdim etmişdi.