Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" elan oluna bilər - Nazir

17 Sentyabr 2021 13:35 (UTC+04:00)

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyini təqdim edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir özünün rəsmi tviter səhifəsində yazıb.

"Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım", - nazir vurğulayıb.