Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə etdi

18 Sentyabr 2021 12:17 (UTC+04:00)

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub.