Sabiq prezident vəfat etdi

18 Sentyabr 2021 18:40 (UTC+04:00)

Əlcəzairin keçmiş prezidenti Əbdüləziz Buteflika 84 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, Əlcəzair prezident administrasiyası Buteflikanın ölümünü yazılı bəyanatla təsdiqləsə də, səbəbi barədə təfərrüat açıqlamayıb.

Qeyd edək ki, 1999-2019-cu illərdə vəzifədə olan Buteflika 2015 -ci ildə qismən insult keçirib.

Səhhəti gündən-günə pisləşən Buteflika buna baxmayaraq vəzifəsində qaldı. 2019-cu ildə yenidən namizəd olan Buteflika xalqı ayağa qaldırdı. Bütün ölkədə nümayişlər başlayanda ordu üzvləri də etirazçılara dəstək bəyanatı verdi. Qarşıdurmadan sonra Buteflika 2019 -cu ilin aprelində vəzifəsini tərk etmək məcburiyyətində qaldı.