Mətbəxdəki 7 təbii antibiotik

19 Sentyabr 2021 13:30 (UTC+04:00)

Günümüzdə şüuraltı antibiotik istifadəsi artıb. Lazımsız antibiotik istifadəsi bədənə zərər verə bilir. Bu səbəbdən mütəxəssislər antibiotiki həkim icazəsilə istifadə edilməyin vacibliyini vurğulayır.

Bir çox bitkilər antibiotik xüsusiyyətlərə malikdir.Bədəndə xəstəlik əlamətlərinin ilk ortaya çıxdığı anda və ya çıxmadan əvvəl bəzi qidalarla bəslənməyə üstünlük verərək təbii antibiotik təsiri yaratmaq mümkündür. Təbii qidalarla immun sistemini gücləndirə və xəstəliklərə qarşı tədbirli davrana bilərsiniz.

Teleqraf.com təbii antibiotik tərkibli bitkilərin siyahısını və faydalarını təqdim edir.

Bal

Ən yaxşı təbii antibiotiklər arasında mühüm yer tutan bal antioksidan və yaxşılaşdırıcı xüsusiyyətilə şəfalı qidalar arasında dayanır. Antimikrob və antiseptik xüsusiyyətləri ilə çox faydalıdır. İçərisində olan ferment sayəsində hidrogen peroksidi sərbəst buraxar. Beləcə bədəninizin infeksiya ilə savaşmasına kömək olur və bakteriyaların böyüməsinin qarşısını alır.

Zəncəfil

Möcüzəvi qidalar arasında yer alan zəncəfil, bakteriyaların səbəb olduğu bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soyuqdəymədə, o cümlədən qrip kimi infeksiyalara qarşı savaşdığı üçün çox təsirlidir. Bal, zəncəfil və limon qarışığının boğaz ağrısı və öskürəyə çox yaxşı təsirləri var. Allergiyası olanlar zəncəfil istifadə edərkən diqqətli olmalıdır.

Sarımsaq

Ən güclü və təsirli qidalar arasında iştirak edən sarımsaq içərisində olan allisin sayəsində pensilinə bənzər xüsusiyyətə malikdir. Qrip, soyuqdəymə, oynaq infeksiyaları, öskürək, səs batıqlığı kimi bir çox narahatlıqlara qarşı antiseptik xüsusiyyəti sayəsində çox faydalıdır.

Turp

Kalium, fol turşusu və C vitamini baxımından çox zəngin olan turp, güclü bir antioksidan xüsusiyyətə malikdir. Soyuqdəyməyə və öskürəyə qarşı müsbət təsirləri var. Sidik yolu və ağciyər infeksiyalarının müalicəsində də istifadə edilir.

Kələm

C vitamini deposu olan kələm immun sistemini gücləndirir və mikroblara qarşı mübarizə aparır. Xərçəngə qarşı da olduqca təsirli olan kələm suyunun mədəyə müsbət təsirləri var.

Nar

Qırmızı rəngi və ləzzəti ilə şəfa saçan meyvələrdən biridir. Qrip və soyuqdəyməyə, eləcə də təzyiq və ürək döyüntülərini normallaşdırıcı xüsusiyyətləri var. Dəri və prostat xərçənginə qarşı mübarizə aparır. Böyrəyi iltihablardan, bədəni toksinlərdən təmizləyər.

Brokoli

Mətbəxdən əskik olmamalı tərəvəzlərdən biridir. Karoten, A, E və C vitamini cəhətdən çox zəngindir. İmmun sistemini gücləndirir, sidik yolu infeksiyalarına qarşı çox təsirlidir. Xərçəngə qarşı qoruyucu bir vəzifə boynuna götürər. Sinir sistemi, ürək, göz, sümük sağlamlığı kimi bir çox xəstəliklərə qarşı qoruyur.