Gürcüstanda koronavirusdan ölənlərin sayı artır

19 Sentyabr 2021 10:43 (UTC+04:00)

Gürcüstanda son sutkada koronavirusa 1 501 nəfər yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Gün ərzində 1 954 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent vəfat edib.

Ölkədə indiyədək 595 264 nəfərin COVID-19 infeksiyasına yoluxduğu müəyyən edilib. Onların 559 996-sı sağalıb, 8 541-i ölüb.

Bu günə olan aktiv xəstə sayı 26 701 nəfər təşki edir.