Ukraynada koronavirusla bağlı son vəziyyət açıqlandı

19 Sentyabr 2021 11:12 (UTC+04:00)

Ukraynada son sutkada yeni növ koronavirusa 3983 yoluxma halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Gün ərzində koronavirusa yoluxan 46 nəfər ölüb.

Bugünə kimi ölkədə COVİD-19-a 2 348 381 yoluxma halı qeydə alınıb, 54 875 nəfər ölüb.