Ermənistanda koronadan ölənlərin sayı artdı

19 Sentyabr 2021 11:59 (UTC+04:00)

Ermənistanda daha 507 nəfər COVID-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 253 600-ə çatıb. Son sutkada koronavirusdan 14 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 131-ə yüksəlib.

Koronavirusa yoluxan 236 088 nəfər sağalıb. Hazırda 11 190 pasiyent müalicə olunur.