Dörd milyard il əvvəl baş vermiş böyük fəlakət: Maqma okeanına hücum…

19 Sentyabr 2021 18:44 (UTC+04:00)

Ayın təxminən 4.5 milyard illik tarixində böyük fəlakətlərlə üzləşdiyini görmək üçün təkcə səthinə baxmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, yeni araşdırma Aya ilk günlərdə səthinə göründüyündən daha çox asteroid çırpıldığını üzə çıxarıb.

Bu araşdırma göstərir ki, Aydakı ən erkən toqquşmalardan bəziləri görünməz izlər buraxıb. Bunun göy cisimlərinin daha yumşaq səthə çırpılması ilə əlaqədar olduğu bildirilir. Bu toqquşmaların Ayın soyumasından və bərkiməsindən əvvəl səthinin nəhəng maqma okeanı olduğu dövrlərə təsadüf etdiyi ehtimal olunur.

Avstraliyadakı Kurtin Universitetindən alimi Katerina Miljkovic deyib:

“4 milyard ildən çox əvvəl Aydakı maqma okeanının bərkiməsi zamanı baş verən bu toqquşmalar çox fərqli kraterlər əmələ gətirməli idi”.