Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi - Foto

19 Sentyabr 2021 15:42 (UTC+04:00)
Türkiyədə azərbaycanlı qadın öldürülüb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Nevşehir şəhərində azərbaycanlı qadın Tərhanə Yaman tanışı Duran Aşar tərəfindən qətlə yetirilib.

Duran Aşar aaralarında yaranan mübahisədən sonra 53 yaşlı Tərhanə Yamana tüfənglə atəş açıb. Qadın hadisə yerində keçinib.

Duran Aşar isə Kayseriyə gedib və özünü qatarın altına ataraq intihar edib.