Gəncədə qadın özünü binanın 3-cü mərtəbəsindən atdı

19 Sentyabr 2021 20:09 (UTC+04:00)

Gəncədə intihara cəhd olub.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Orta yaşlı qadın həmin ünvandakı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən özünü atıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Onun intihara cəhd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.