Azərbaycan qırıcıları İstanbul səmasında - Video

20 Sentyabr 2021 13:35 (UTC+04:00)

Bu gün Azərbaycan hərbi hava qüvvələrinin qırıcıları İstanbul boğazında (Bosfor) uçuş həyata keçirib.

Teleqraf.com xəbər verir ki, İstanbulda keçirilən “TEKNOFEST-2021” sərgisindən öncə Türkiyə və Azərbaycan qırıcıları İstanbul hava sahəsində uçuş həyata keçirib.

Türk Hava və Kosmos Sənayesi tərəfindən istehsal olunan malların sərgilənəcəyi “TEKNOFEST-2021” sərgisində Hürkuş, Aksungur və Cökbey uçuş nümayişləri həyata keçirəcək.

Ötən gün Türkiyə Müdafiə Nazirliyi bəyan etmişdi ki, bu gün İstanbul boğazında Türk Hava Qüvvələrinə aid təyyarələr və Azərbaycan Hava Qüvvələrinə aid MİQ-29 qırıcıları İstanbul boğazı üzərində salamlaşma uçuşu həyata keçirəcək.