Səyyad Əlizadənin səhhəti ilə bağlı xoş xəbər

20 Sentyabr 2021 17:23 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılığa doğru gedir.

Teleqraf.com Kult.az-a istinadla xəbər verir ki, bu barədə müğənninin kürəkəni Razim Qarayev bildirib.

Onun sözlərinə görə, sənətçinin koronavirusa yoluxan həyat yoldaşı tamamilə sağalıb:

“Səyyad bəyin səhhəti yaxşılaşır. Qızdırması düşüb. Yoldaşı isə bu gün xəstəxanadan evə buraxılıb”.