Nazirlik açıqladı: Təhsil işçilərinin 90 faizi...

20 Sentyabr 2021 17:39 (UTC+04:00)

90 faizə yaxın təhsil işçisi vaksin olunub.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

O bildirib ki, təhsil işçilərinin vaksinasiyası prosesi davam etdirilir: "Hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib. Ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib. Bakı şəhəri üzrə bu göstərici 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir".