Ərdoğan və Paşinyan görüşəcək? – Qriqoryandan qəribə reaksiya

21 Sentyabr 2021 15:17 (UTC+04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Baş nazir Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüş barədə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayıb.

Jurnalistlər bu gün İrəvandakı Yerablur hərbi panteonuna gələn Qriqoryandan açıqlama almaq istəsələr də, bu, baş tutmayıb.

Jurnalistlərin mümkün Ərdoğan-Paşinyan görüşü barədə sualların cavab verməyən Qriqoryan heç nə olmamış kimi avtomobilinə minərək oradan uzaqlaşıb.