“Soyuq Müharibə” istəmirik - ABŞ prezidenti

22 Sentyabr 2021 11:07 (UTC+04:00)

“Yeni bir “Soyuq Müharibə” istəmirik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Bayden dünya tarixində bir dəyişiklik nöqtəsi olduğunu vurğulayaraq ABŞ-ın beynəlxalq diplomatiyaya dönüş etdiyini bildirib.

Bayden son dövrlər Çinlə münasibətlərdə artan gərginlik fonunda yeni "Soyuq Müharibə” istəmədiklərinin üzərində dayanıb:

“ABŞ sülh yolları ilə həll axtaran hər ölkə ilə işləməyə hazırdır”.