Qazax sakini minaya düşərək öldü - Rəsmi/Yeni

22 Sentyabr 2021 14:39 (UTC+04:00)

Sentyabrın 22-də Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Bu barədə Teleqraf.com-a Qazax rayon Prokurorluğundan bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

13:47

Qazax rayon Xanlıqlar kənd sakini, 1988 Məmməd Mərdanov rayonun Bala cəfərli kəndində minaya düşərək ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.