Fərda ailəsinin dağılmasından danışdı: "Bu gün xoşbəxtəm..."

22 Sentyabr 2021 17:52 (UTC+04:00)

Aktyor Fərda Xudaverdiyev MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, ikinci dəfə ailə quran Fərda Xudaverdiyev keçmiş həyat yoldaşı ilə ayrılmasından danışıb:

"Ailə həyatım çox danışıldı, susdum. Yenə də susuram. Çünki baş verənləri oğlanlarım Aminə, Mətinə danışacam. Onların fikrini də öyrənməyəcəm. İki tərəf arasında münaqişə varsa, hansını danışdırsan, o, haqlı görünəcək. Mənim də haqsız tərəflərim var. Kişini ailədən sevgisizlik, qayğısızlıq, susqunluq, dır-dır bezdirə bilər. Oturub danışın, susmayın, ailələrinizi qoruyun.

Ailədə incə çizgini qorumaq qadına düşür. Mən ailəmi dağıdan idimsə, 7 il niyə ailəli qalırdım?! Allah mənə yenə 2 oğlan payı verdi, bu mənim qismətim idi. Kişi xəyanət etməməlidir, amma bu hərəkətinin də səbəbkarı qadındır. Kişi sevgisizlikdən o addımı atır. Bu gün xoşbəxtəm".