Kremldən Ərdoğanın açıqlamasına reaksiya: “Təəssüf edirik ki...”

22 Sentyabr 2021 17:15 (UTC+04:00)

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı açıqlamasının təəssüf doğurduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Peskov Türkiyə liderinin BMT Baş Assambleyasında Türkiyənin Krımın qanunsiz ilhaqını tanımayacağı və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Kremlin sözçüsü suala cavab olaraq deyib: “Əlbəttə ki, prezidentin (Ərdoğan) Rusiyaya işgüzar səfərinin hazırlıqlarının aparıldığı bir vaxtda bu cür bəyanatların verilməsinə təəssüflənirik”.