Bəşər Əsəddən CHP liderinə şok dəvət: “Dəməşqə gəlin...”

22 Sentyabr 2021 21:29 (UTC+04:00)

Suriya Prezidenti Bəşər Əsəd Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikitərəfli görüş üçün Suriyaya dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə CHP-dən olan keçmiş deputat Barış Yarkadaş çıxış edib.

Türkiyə hökumətin Suriya ilə bağlı atdığı hər addımını tənqid edən Kamal Kılıçdaroğlu Bəşər Əsəddən görüş təklifi alıb. Beləliklə, Kılıçdaroğlunun Ankaraya Dəməşqlə yenidən danışıqlar aparmaq çağırışına Bəşər Əsəd cavab verib.

Suriya lideri CHP sədrini ikitərəfli görüş üçün Dəməşqə dəvət edib.

Hələlik CHP-dən iddiaya cavab verilməyib.