Bu ərazilərdə xidmət edənlərin övladlarının harada təhsil alacağı açıqlandı

22 Sentyabr 2021 17:34 (UTC+04:00)

"Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etdirirlər".

Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə hazırda ümumi təhsil müəssisələri hələ ki fəaliyyət göstərmir.

Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən məktəblərdə aşağı siniflər üzrə (I-IV) ənənəvi əyani tədris bərpa olunub. Sentyabrın 29-da isə yuxarı sinif (V-XI) şagirdləri, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində tədris başlayacaq.